"Trabzonspor" xal itirib, "Dənizlispor" uduzub

"Trabzonspor" xal itirib, "Dənizlispor" uduzub

Türkiyə Super Liqasında IV turun növbəti qarşılaşmaları keçirilib.

APA-nın məlumatına görə, bu gün turun 4 matçı baş tutub.

“Yeni Malatyaspor” paytaxtda “Ankaragücü”nü darmadağın edib – 4:0. “Rizəspor” evdə “Göztəpə”nin müqavimətini qıra bilməyib.

“Trabzonspor” autsayder “Gənclərbirliyi” ilə matçda xal itkisi ilə üzləşib – 2:2. “Dənizlispor” öz meydanında “Konyaspor”a uduzub. Bu görüşdə Azərbaycan çempionatında “Səbail”də çıxış etmiş Faruk Miya fərqlənib.

Qeyd edək ki, tura sentyabrın 16-da yekun vurulacaq.

Türkiyə Super Liqası
IV tur
15 sentyabr
“Anraragücü” – “Yeni Malatyaspor” – 0:4
Yahoviç, 27, Bifuma, 33, Gilyerme, 43, Donald, 82
“Rizəspor” – “Göztəpə” – 0:0
“Dənizlispor” – “Konyaspor” – 0:1
Miya, 54
“Trabzonspor” – “Gənclərbirliyi” – 2:2
Novak, 17, Sorlot, 57 (pen.) - Stanku, 44, Sesseqnon, 85

Mənbə: apa.az