Roberto Bordin: "Qarabağ" kimi komandaya qarşı 90 dəqiqə yüksək templə oynamaq lazımdır"

Roberto Bordin: "Qarabağ" kimi komandaya qarşı 90 dəqiqə yüksək templə oynamaq lazımdır"

"İstədiyimiz oyun alınmadı. Çünki futbolçular istənilən ritmdə çıxış etmədi. Müdafiədə yaxşı oynayan zaman qol buraxdıq. Hesab 2:0 olarkən irəli atıldıq. 1:0 olanda isə imkanlarımız oldu, amma istifadə edə bilmədik.

Rəqib isə əks hücumlarda imkan qazandı. Bəzi oyunçuların qol şansları oldu. "Qarabağ" kimi komandaya qarşı 90 dəqiqə yüksək templə oynamaq lazımdır. Tempi aşağı salmaq çətin olur. Təhlükəli epizodlar yaratmağa başladıq. Qol buraxandan sonra yaxşı oynamağa başladıq, bunun səbəbini bilmirəm".

"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın IV turunda "Qarabağ"a uduzduqları (0:2) oyundan sonra mətbuat konfransında deyib.

Əlli dörd yaşlı mütəxəssis rəqibin qapıçısı Asmir Beqoviçin hava ötürmələrində üstün oynamasına münasibət bildirib: "Biz də istəmirdik ki, o hava toplarını asanlıqla tutsun. Futbolçularımın da qapıya yaxşı zərbələri oldu".

İtaliyalı məşqçi əlavə edib ki, "Qarabağ"ın hansı gücdə olduğunu bilirlər: "Rəqib həm büdcə, həm də klub cəhətdən güclüdür. Komanda qələbə də qazanar, məğlub da olar".

Bordin deyib ki, "Neftçi"nin hədəfi dəyişməyib: "Yenə çempionluğa oynayırıq. Ötən mövsüm bəzi xal itkilərinə görə istəyimizə çata bilmədik. Bu mövsümə də yaxşı başlamamışıq. Bu o demək deyil ki, hədəfimiz dəyişib. Bir ay əvvəl Rusiya "Arsenal"ına qarşı əla oynadıq. Həmin oyunu göstərmək istəyirik. Kollektivdə istəksizlik var idi".

Mənbə: report.az