Türkiyəli tanınmış güləşçi 4-cü dəfə dünya çempionu olub

Türkiyəli tanınmış güləşçi 4-cü dəfə dünya çempionu olub

Türkiyənin tanınmış yunan-Roma güləşçisi Rza Kayaalp Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Kuba təmsilçisi Oskar Pinonu 3:1 hesabı ilə məğlub edib. 30 yaşlı təcrübəli güləşçi 4-cü dəfə dünya çempionu olub.

Qeyd edək ki, bu, Türkiyə güləşçilərinin Qazaxıstandakı mundialda ilk qızıl medalıdır. Buna qədər 97 kq-da yarışan digər yunan-Roma güləşçisi Cenk İldem bürünc medala sahib olub.

Mənbə: report.az