Kokorin və Mamayev azadlıqda

Rusiya yığmasının sabiq futbolçuları Aleksandr Kokorin və Pavel Mamayev azadlığa buraxılıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, onlar məhkəmənin qərarı qüvvəyə mindikdən 10 gün sonra koloniyanı tərk ediblər.

Həmçinin Aleksandrın qardaşı Kirill də azadlığa çıxıb. Kokorin hətta bu həftə komandası "Zenit"də tibbi baxışdan keçəcək və ardından komandaya qoşulacaq.

Qeyd edək ki, ötən ilin oktyabrında Aleksandr Kokorin, Pavel Mamayev və Kirill Kokorin Moskvadakı davada iştirak edib, məmur Denis Pak, sürücü Vitali Solovçuk və "NAMİ"nin baş direktoru Sergey Qaysana xəsarət yetiriblər. Mayın 8-də keçirilən məhkəmədə Kokorin qardaşlarına 1 il 6 ay, digərlərinə 1 il 5 ay həbs cəzası verilmişdi.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin şəxsi heyəti üçün növbəti kurs təşkil olunub

SONRAKI XƏBƏR

Kənd Təsərrüfatı Nazirliyinin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb