Dibala İngiltərə nəhənginə doğru

Dibala İngiltərə nəhənginə doğru

"Yuventus" klubunun argentinalı yarımmüdafiəçisi Paulo Dibala karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" argentinalı futbolçudan əl çəkmək niyyətində deyil.

Yay fasiləsi dövründə 26 yaşlı oyunçunu ala bilməyən "qırmızı şeytanlar" bunu yanvarda gerçəkləşdirməyə çalışacaq. "Qoca Sinyora" da yeni baş məşqçi Mauritsio Sarri ulduz futbolçuya əsas heyətdə şans vermədiyindən, Dibala özü də komandasını dəyişmək niyyətindədir.

Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən "Yuventus"da forma geyinir.

Mənbə: offsideplus.az