Almeyda "Astana" ilə müqaviləni pozdu

Almeyda "Astana" ilə müqaviləni pozdu

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda "Astana" ilə müqaviləsini pozub.

Milli.Az xəbər verir ki, bu barədə sportinfo.az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Ancaq klub rəsmisi buna görə qarşı tərəfə heç bir təzminat ödənilmədiyini bildirib:

"Biz qışda Riçardı icarəyə götürəndə "Astana"ya müəyyən məbləğ ödəmişdik və 1 illik müqavilə bağlamışdıq. Hazırda onunla qışa qədər sözləşməmiz var. "Astana" ilə məsələsini özü həll edib. Artıq həmin kluba məxsus deyil".

Qeyd edək ki, ötən ilin mayında "Qarabağ"dan ayrılan Almeyda "Astana"ya keçsə də, bu ilin qışında yenidən Ağdam klubuna icarə əsasında qayıtmışdı.

Milli.Az

Mənbə: news.milli.az