FİFA-dan İrana çağırış: İcazə verin!

FİFA-dan İrana çağırış: İcazə verin!

FİFA prezidenti Canni İnfantino İrana qadınların futbol qarşılaşmalarına getməsinə icazə verməsi üçün çağırış edib.

Axar.az xəbər verir ki, İnfantino İranda qadınların stadionlara girməsinə icazə verməyin vaxtının gəldiyini bildirib.

FİFA prezidenti həmçinin oktyabr ayından etibarən bu məsələdə müsbət yeniliklərin gözləndiyini qeyd edib.

Qeydn edək ki, İran hökuməti oktyabrın 10-dan etibarən qadınların stadionlara girişinə icazə verilməsi ilə bağlı qərar qəbul edib. Bunun üçün ölkənin bütün stadionlarında yenidənqurma işləri aparılır. Qadınların stadiona daxil olmaları üçün xüsusi keçidlər qurulur və kişilərdən ayrı oturmaları üçün bölmələr inşa edilir.

Mənbə: axar.az