Azərbaycan bədii gimnastikada daha bir lisenziya qazandı

Bakıda bədii gimnastika üzrə dünya çempionatı davam edir.

AZXEBER.COM xəbər verir ki, bu gün qrup hərəkərləri üzrə milli komandamız Tokio-2020 Olimpiya oyunlarına vəsiqə qazanıb.

Aliyə Paşayevə, Ayşan Bayramova, Diana Əhmədbəyli, Zeynab Hümmətova və Darya Sorikinadan ibarət olan komandamız çoxnövçülükdə iki çıxış edib. Gimnastlarımız iki hərəkətin cəminə görə 53 100 xalla 8-ci yeri tutublar və Olimpiya oyunlarına lisenziya əldə ediblər.

Fərdi yarışlarda Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanmışdı.

Azxeber.com

ƏVVƏLKİ XƏBƏR

“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyinin qalibləri müəyyənləşib

SONRAKI XƏBƏR

AMEA-da təşkil olunacaq elmi lektoriyada İnformasiya Texnologiyaları İnstitutunun alimləri iştirak edəcəklər