"Qəbələ"nin prezidenti: "Baş məşqçi ilə bağlı qərar verməyə tələsmirik" - MÜSAHİBƏ

"Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov Premyer Liqanın V turunda səfərdə "Səbail"lə heç-heçə etdikləri (1:1) matçdan sonra brifinq keçirib.

Klub rəsmisi "Report"un da əməkdaşının suallarını cavablandırıb:

- Son iki oyunda meydanda tamam fərqli komanda var idi. Bunu nə ilə əlaqələndirirsiniz?

- Düşünürəm ki, bunun səbəbi akademiyamızın gənc yetirmələrinin özlərini göstərmək istəməsidir. Başqa səbəb yoxdur. Eyni heyət və eyni legionerlərdir. Komandada özünəinamı yarada bilmişik.

- Futbolçular sanki meydanda daha istəklidir...

- Bu, inama görədir. Komanda bundan öncəki görüşdə onu hiss elədi.

- Ola bilər, həmin inamı sabiq baş məşqçi Sənan Qurbanov yarada bilməyib, amma Elmar Baxşıyev bunu bacardı? Bəlkə oyunçular nəyəsə görə oynamırdılar?

- Elə şey ola bilməz. Kollektiv bir ailə kimidir. Görünən odur ki, kollektivdə inam itmişdi. Sənan müəllim bəlkə də onu bərpa edə bilmədi.

- Demək olar ki, komanda öz oyununu tapıb?

- Sevindirici haldır ki, komandanın əsas hissəsi akademiyadakı futbolçulardan ibarətdir və biz oyunumuzu göstərə bilirik. Son iki görüşdə qolları akademiyanın oyunçuları vurur. Bu isə məni sevindirir. Bu istək və əzmkarlıq olduğu müddət qələbələr olacaq.

- Ölkə xaricində də baş məşqçi axtarışlarını davam etdirirsiniz. Baş məşqçi məsələsinə nə vaxt aydınlıq gələcək?

- Məşqçi ilə bağlı namizədlər çoxdur. Həm ölkədə, həm də ölkə xaricində danışıqlar gedir. Qərar verməyə tələsmirik. Hələ ki, məsələyə baxmırıq. Bu, gündəmdə deyil.

- Elmar Baxşıyev baş məşqçi kimi təsdiqlənə bilər?

- Bu, variant kimi var. Digər səbəblərdən başqa məşqçi məsələsi gündəmdə deyil.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Qorxu və dəhşətin dərs dediyi şagirdlər - Güllələnmiş təhsilin VİDEOSU

SONRAKI XƏBƏR

Telman İsmayılov erməni əsilli müğənniyə Milyonlar xərcləyib - İDDİA