Zidan "Real" rəhbərliyini özündən çıxardı

Zidan "Real" rəhbərliyini özündən çıxardı

Madrid "Real"ının baş məşqçisi Zinədin Zidan, Realın futbolçularına, UEFA Çempionlar liqasındakı uğursuz çıxışlarından sonra 1 həftə istirahət verib.
Offsideplus.az xəbər verir ki, "Real Madrid"in başçısı Florentino Peres və klubun yerdə qalan nümayəndələri Zidanın bu qərarının doğru olmadığını düşünür. "Real Madrid" rəhbərliyi oyunun nəticəsindən razı qalmadığını və Zidanın verdiyi tətilin səbəbini bilmədiyini bildirib.

Qeyd edək ki, sentyabrın 22-si Realın rəhbərliyi klubun son oyunlarını müzakirə etmək üçün toplantı təşkil edəcək.

Xatırladaq ki, sentyabrın 18-i "Real Madrid" "Pari Sen Jermen" klubuna 0:3 hesabı ilə məğlub olub.

Mənbə: offsideplus.az