“Mançester Yunayted” rəhbərliyi Sulşerə iki oyunluq vaxt verib

“Mançester Yunayted” rəhbərliyi Sulşerə iki oyunluq vaxt verib

İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi əsas komandanın baş məşqçisi Ule-Qunnar Sulşerə iki oyunluq vaxt verib.

“Report” “The Sun”a istinadən xəbər verir ki, 46 yaşlı norveçli mütəxəssis Premyer Liqanın növbəti iki turunda vəziyyəti düzəltməli, onun rəhbərlik etdiyi kollektiv müsbət nəticələr qazanmalıdır.

“Mançester Yunayted” oktyabrın 20-də lider “Liverpul”u qəbul edəcəyi halda, bir həftə sonra autsayder “Norviç”in qonağı olacaq.

Qeyd edək ki, “Mançester Yunayted” 8 turdan sonra 9 xalla 12-ci sıradadır və liderdən 12 xal geri qalır. Komandanı düşmə zonasından 2 xal ayırır.

Mənbə: report.az