Lionel Messi: "Barselona"dan getmək istəyirdim"

"Barselona" ulduz futbolçusu Lionel Messi klubu tərk etmək istədiyi dövrlə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, 32 yaşlı futbolçu 16 yaşından oynadığı və böyük uğurlara imza atdığı Kataloniya klubunda hər şeyin həmişə yaxşı olmadığını bildirib.

"Açığı, həyatımda hər şeydən yorulduğum vaxtlar olub. 2013 və 2014-cü illərdə vergi məsələlərinə görə yaşadığım problemlər ailəm üçün çətin dövr idi. Heç kim əslində nə baş verdiyini bilmir. Uşaqlar çox kiçik idi, heç nə başa düşmürdülər. Çətin günlər idi. Həmin dövlərdə getmək barədə düşünürdüm. Bu, "Barselona"nı tərk etmək istəyimlə yox, hər şeyə son qoymaq arzumla əlaqədar idi. Başqa kluba keçmək yox, sadəcə futboldan həmişəlik getmək, bir daha görünməmək, növbəti çempionluq uğrunda mübarizə aparmamaq fikrinə düşmüşdüm", deyə ulduz futbolçu bildirib.

Fanat.Az

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Respublika Narkoloji Mərkəzində UNAIDS-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi ilə görüş keçirilib

SONRAKI XƏBƏR

Polislərin tapdığı tələbə ilə bağlı SON XƏBƏR