Müller narazıdır - Getmək istəyir

Müller narazıdır - Getmək istəyir

"Bavariya”nın futbolçusu Tomas Müller komandadan ayrılmaq istəyir.

Press.az "Bild"ə istinadən xəbər verir ki, buna səbəb baş məşqçi Niko Kovaçın 30 yaşlı oyunçuya az şans verilməsidir. Bundan narazı olan hücumçunun “Bavariya” ilə 2021-ci ilin yayınadək müqaviləsi olsa da, klub rəhbərliyinə mövsümün sonunda ayrılmaq istədiyi barədə məlumat verib.

Müller bu mövsüm 7 matçda 287 dəqiqə oynayıb və 4 qolun ötürməsini edib.

Xatırladaq edək ki, T.Müller 2008-ci ildən Münhen təmsilçisinin formasını geyinir.

Mənbə: press.az