Zaur Həşimov: "Gözlənilməz təklif oldu"

“Zirə” klubunun yeni baş məşqçisi Zaur Həşimov təyinatını şərh edib.

Offsideplus.az xəbər verir ki, o, klubun saytına açıqlamasında bununla bağlı deyib:

“Mənim üçün bir az gözlənilməz, amma xoş bir təklif oldu. Əvvələr də “Zirə”də çalışmışam. Bu klub mənim üçün doğmadı. “Zirə”də çalışanları da tanıyıram, bura mənə yad deyil. Çalışacam mənə tapşılıran işi uğurla yerinə yetirim. Köməkçilərimdən yalnız qapıçıların hazırlığı üzrə məşqçi Anar Niftəliyevin adı məlumdu. Digərlərinin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək”.

offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Suriya kürdləri Rusiyanın Dəməşqlə dialoq çağırışını alqışlayıb

SONRAKI XƏBƏR

Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar ola bilər