İspaniya idmanda gender bərabərliyi sahəsində ən qabaqcıl üç ölkədən biridir

İspaniya idmanda gender bərabərliyi sahəsində ən qabaqcıl üç ölkədən biridir

Madrid, 9 oktyabr, AZƏRTAC

Fransa, Finlandiya və İspaniya idmanda gender bərabərliyi sahəsində Avropanın üç ən qabaqcıl ölkələridir.

AZƏRTAC xəbər verir ki, Avropa Şurasının və Avropa Komissiyasının “İdmanda gender balansına gedən yolda” adlı birgə hesabatına görə, İspaniyanın idman federasiyalarının 59 faizi bu sahədə bərabərsizliyin aradan qaldırılması və qarşısının alınması üzrə plana malikdir.

İspaniyanın Milli İdman Şurasının (SCD) məlumatına görə, federasiyaların 74 faizi kişi və qadın cinsindən olan məşqçilərin sayı arasında fərqin azaldılması ilə bağlı tədbirlər görüb, 82 faizi isə qadınlar arasında idman praktikasının artırılması tədbirlərinə şərait yaradıblar.

CSD-nin prezidenti Mariya Xose Riyenda qeyd edib ki, gender bərabərsizliyinin azaldılması bu təşkilat üçün prioritet məsələdir.

Hesabatdan məqsəd dövlət orqanlarına və idman təşkilatlarına gender bərabərsizliyinin aradan qaldırılmasına yönəldilən siyasətin və proqramların işlənib hazırlanmasında dəstək verməkdir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

Mənbə: azertag.az