Azərbaycanın U-19 komandası Norveç yığması ilə qarşılaşıb

Azərbaycanın U-19 komandası Norveç yığması ilə qarşılaşıb

Bakı, 9 oktyabr, AZƏRTAC

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Çexiyada keçirilən oyunda komandamız Norveç yığması ilə qarşılaşıb. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

U-19 turnirdə növbəti oyununu oktyabrın 12-də Çexiya yığmasına qarşı keçirəcək.

Mənbə: azertag.az