Aftandil Hacıyev BATE-nin məşqində oldu

Aftandil Hacıyev BATE-nin məşqində oldu

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edərək Belarusa səfərə yollanıb.

Offsideplus.az xəbər verir ki, o, BATE (Borisov) komandasının məşqini izləyib.

Qeyd edək ki, BATE komandasının baş məşqçisi Aleksey Baqa və Aftandil Hacıyev UEFA Pro lisenziya kursunda birgə təhsil alıb. Hacıyev həmkarına “Səbail”in formasını hədiyyə edib.

Mənbə: offsideplus.az