Azərbaycan futbolunda ilk dəfə millinin kapitanı legioner olub

Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirir.

APA-nın məlumatına görə, yığma Bəhreyndə bu ölkənin millisi ilə yoldaşlıq görüşündə qüvvəsini sınayır.

Nikola Yurçeviçin komandası oyuna yeni kapitanla başlayıb. Əsas kapitan Maksim Medvedevin yoxluğunda sarğı ilə matça Bədavi Hüseynov daşıyıb.

“Qarabağ”ın şərəfini qoruyan milliləşən rusiyalı futbolçu Azərbaycan millisinin tarixinə düşüb. O, yığmanın 27 illik tarixində ilk legioner kapitan olub. Bunadək onlarla əcnəbi milliləşdirilsə də, heç biri matça sarğı ilə başlamayıb.

B.Hüseynov ümumiyyətlə yığmanı meydana kapitan kimi çıxaran 27-ci futbolçudur. Onadək 26 oyunçu qarşılaşmaya sarğı ilə başlayıb. Mütləq rekordçu Rəşad Sadıqovdur – 78 oyun.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə “ev”lənən azərbaycanlılar: Problem yarada bilər

SONRAKI XƏBƏR

ABŞ, Almaniya və İngiltərənin xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Suriya mövzusunda danışacaq