Ramil Şeydayev millimizi önə keçirdi - VİDEO - YENİLƏNİB

Ramil Şeydayev millimizi önə keçirdi - VİDEO - YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan milli komandası Bəhreynlə yoldaşlıq görüşünə çıxıb.

Offsideplus.az-ın məlumatına görə, Bəhreyn Milli Stadionunda keçirilən matçda millimiz 3:2 hesabı ilə qalib gəlib.

FİFA-nın son reytinq siyahısında Bəhreyn yığması öndədir. Hazırda bu komanda 1206 xalla 105-ci pillədə qərarlaşıb. Azərbaycan isə 1191 xalla 109-cudur.

Qeyd edək ki, yığmamızın Bəhreynlə görüşü Avro-2020-nin seçmə mərhələsində oktyabrın 13-də Macarıstanla keçiriləcək oyun üçün hazırlıq xarakteri daşıyır.

Mənbə: offsideplus.az