Kanada yığmasının sabiq futbolçusu Pol Ceyms itkin düşüb. Open.az xəbər verir ki, bu barədə məlumatı Toronto polisi yayıb.
Polis 56 yaşlı Polun tapılması üçün vətəndaşlardan kömək istəyib: "Torontonun polis xidməti vətəndaşlara müraciət edir ki, itkin düşmüş Polun tapılmasına yardım etsinlər. Onun Ottavada olması ehtimal edilir. Polis onun təhlükəsizliyinə görə narahatdır”.
Qeyd edək ki, Pol Ceyms 1983-1993-cü illərdə Kanada yığmasının şərəfini qoruyub. O, karyerasını bitirdikdən sonra məşqçi kimi çalışıb. Ceyms 2012-ci ildə etiraf etmişdi ki, uzun illər kokain asılılığından əziyyət çəkib.
Mənbə: open.az