Məşhur isveçli futbolçu Zlatan İbrahimoviçə Malmö şəhərində heykəl ucaldılıb

Məşhur isveçli futbolçu Zlatan İbrahimoviçə Malmö şəhərində heykəl ucaldılıb

Stokholm, 10 oktyabr, Rauf Əliyev AZƏRTAC.

Məşhur isveçli futbolçu Zlatan İbrahimoviçə Malmö şəhərində heykəl ucaldılıb.

AZƏRTAC yerli KİV-lərə istinadən xəbər verir ki, heykəl futbol ulduzunun 1999-cu ildə peşəkar karyerasına başladığı “Malmö” FF klubunun yerli stadionu “Swedbank stadionu” yaxınlığındakı bir yerdə yerləşdirilib. Uzunluğu 2,70 metrdən böyük olan heykəl İsveçin məşhur heykəltəraş sənətçisi Peter Lind tərəfindən yaradılıb.

Heykəlin təntənəli açılışında İsveçin futbol əfsanəsi ilə yanaşı, minə yaxın azarkeş və rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, hazırda İsveçli futbolçu ABŞ-ın “Los-Anceles Qalaksi” klubunun heyətində çıxış edir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Mənbə: azertag.az