“Azərbaycanla Ermənistanın qarşılaşması doğru deyil” - UEFA prezidenti

UEFA-nın prezidenti Aleksander Çeferin quruma daxil olan ölkələr arasındakı problemlərdən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, Rusiya Ukrayna, Azərbaycan Ermənistan münaqişələrinə görə komandaların turnirlərdə üz-üzə gələ bilməməsinə münasibət bildirib:

“Rusiya və Ukrayna ilə bağlı problemin gələcəkdə dəyişik vəziyyətdə olacağını düşünürəm. Bunun olmaması üçün heç bir səbəb yoxdur. Bizim üçün komandaların təhlükəsizliyi ən önəmli məsələdir. Qərarlarımızı verdiyimiz zaman da bunu nəzərə alırıq. Rusiya və Ukrayna, Serbiya və Kosova, Azərbaycan və Ermənistan qarşılaşa bilməz. Təhlükəsizlik baxımından bu düzgün deyil. Bu qərar hələ ki, belə də davam edəcək”.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Mariya Şarapova karyerasını başa vurur

SONRAKI XƏBƏR

Gəncədə 5 mərtəbəli binada yanğın baş verib