Mariya Şarapova karyerasını başa vurur

Mariya Şarapova karyerasını başa vurur

Rusiyalı tennis ustası Mariya Şarapova zədə səbəbindən Avstriyanın Lins şəhərində keçirilən turnirdən imtina edib. Sonxeber.az-ın məlumatına görə, Şarapova yaxın vaxtlarda karyerasını başa vuracağını istisna etməyib.
Şarapova Lins şəhərində avtoqraf-sesiya keçirib, sonradan isə turnirdən çıxıb. Mariya bəyan edib ki, çiyin zədəsini müalicə etdirmək və növbəti mövsümə yaxşı hazırlaşmaq istəyir.
Bundan başqa tennis ulduzu yaxın vaxtlarda karyerasını başa vurmaq istədiyini də qeyd edib:
"Gözlərimdə hələ də alov var. Mən gələcəkdə uğur əldə etmək üçün nəyə ehtiyac olduğunu bilirəm. Tennisi sevirəm, amma həyatda başqa məqsədlərim də var".

 

 

Mənbə: sonxeber.az