Millimiz Fransaya qarşı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Milan Obradoviçin komandası səfərdə Fransa yığması ilə qarşılaşacaq. “Stade de l'Epopee”də keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, millimiz bundan əvvəl Lixtenşteynə (0:1) və Gürcüstana (0:3) uduzub, Slovakiyaya (2:1) qalib gəlib. Fransa yığması isə qrupda ilk matçını məhz millimizə qarşı keçirəcək.

10 oktyabr

23:00. Fransa – Azərbaycan
Baş hakim: Antoniu Nobre (Portuqaliya)

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Rayan Giqqz: “O, ən yaxşı futbolçumuzdur”

SONRAKI XƏBƏR

Ərəb Dövlətləri Liqası Türkiyənin Suriya əməliyyatı ilə bağlı təcili toplantı keçirir