Məşhur futbolçu hokkey karyerasına başlayıb

Məşhur futbolçu hokkey karyerasına başlayıb

"Çelsi" və "Arsenal" klublarının şərəfini qorumuş çexiyalı qapıçı Petr Çex Böyük Britaniyanın dördüncü divizionunun hokkey komandasının şərəfini qoruyacaq. 

BAKU.WS xəbər verir ki, bu barədə "Eurosport" məlumat yayıb. 

Petr Çex 20 illik peşəkar futbolçu karyerasından sonra "Qilford Feniks" xokkey klubuyla müqavilə imzalayıb.

"Mən "Feniks"də çıxış edəcəyim və oyun təcrübəsi toplayacağım üçün çox şadam. Ümid edirəm ki, gənc komandaya mövsümdəki hədəflərinə çatmaq üçün kömək edə biləcəm və meydançaya çıxdığım matçlarda qalib gəlməyə çalışacam", - deyə veteran futbolçu bildirib.
BAKU.WS

Mənbə: baku.ws