"Qarabağ" Beqoviçin qurtarışlarını paylaşdı - VİDEO

"Qarabağ"ın media xidməti yayda İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"dan icarəyə götürülən Asmir Beqoviçlə bağlı video paylaşıb.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı qapıçının Azərbaycan Premyer Liqasında keçirdiyi oyunlardakı performansından video hazırlanıb.

Videonun başlığına komandanın baş məşqçisi Qurban Qurbanovun "Sabah"la Premyer Liqanın 7-ci turundan sonra keçirilmiş mətbuat konfransındakı sözləri qeyd edilib. 47 yaşlı mütəxəssis təcrübəli qapıçının komandaya tez uyğunlaşdığını bildirmişdi: "Beqoviç kollektivə tez uyğunlaşdı. Pozitiv insandır, sanki bir neçə ildi burdadır. Heç düşünmürük ki, İngiltərədən gəlib, çox peşəkardır. Təbii ki, bizimlə daha uzun müddət qalmasını istəyərdik".

Bosniya və herseqovinalı qapıçı Premyer Liqada 4 oyun keçirib və qapısında 1 qol görüb.

offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

SOCAR-ın İzmirdəki zavodu 4,5 milyon ton neft emal edib

SONRAKI XƏBƏR

Paşinyan Qarabağa Sorosun adamını gətirir