“Qarabağ”ın daha bir futbolçusu sıradan çıxdı

“Qarabağ”ın legioneri Simeon Slavçev Bolqarıstan millisinin AVRO-2020-nin seçmə mərhələsində sabah Monteneqro ilə oyununda iştirak etməyəcək.

Oxu.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi xəstələndiyi üçün Podqoritsaya aparılmayıb.

Baş məşqçi Krasimir Balakov Simeon Slavçevin Sofiyada qalmasına qərar verib.

Qeyd edək ki, “Qarabağ”da Mahir Emreli zədəli olduğundan, Bəhreyn və Macarıstanla oyunlar üçün nəzərdə tutulmuş heyətdən çıxarılıb. Qara Qarayev də zədəli olduğundan, dünən Bəhreynlə oyunda meydanda olmayıb. Bundan başqa, ispaniyalı Xayme Romero zədə üzündən kollektiv məşqlərə yenicə qoşulmağa başlayıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

“Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” adlı layihənin icrasına başlanılıb

SONRAKI XƏBƏR

Baş mama-ginekoloq: "60 yaşdan yuxarı qadınlarda ginekoloji şişlərin əmələ gəlməsi prosesi artıb"