Neymar Braziliya millisində 100-cü oyununu keçirib

Neymar Braziliya millisində 100-cü oyununu keçirib

Braziliya və Seneqal milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.

"Report"un məlumatına görə, Sinqapur Milli Stadionunda təşkil olunan qarşılaşma (1:1) Fransa PSJ-sində çıxış edən Neymar üçün əlamətdar olub.

27 yaşlı hücumçu yığmada 100-cü matçını keçirib. O, bu göstərici ilə Türkiyə "Başakşehir"inin futbolçusu Robinyo ilə millidəki oyunlarının sayını bərabərləşdirib.

Braziliya yığmasının formasını ən çox İtaliya "Milan"ının sabiq müdafiəçisi Kafu geyinib - 142. Roberto Karlos 125, “San-Paulu”da çıxış edən Dani Alves isə 117 dəfə meydanda olub.

Qeyd edək ki, Neymar 2010-cu ildən Braziliya yığmasına dəvət alır. O, iki dəfə dünya çempionatında və eyni sayda Amerika Kubokunda iştirak edib.

Mənbə: report.az