Azərbaycan gimnastı: Tamaşaçılar tərəfindən dəstəyi görmək çox xoşdur

Azərbaycan gimnastı: Tamaşaçılar tərəfindən dəstəyi görmək çox xoşdur

Gələn il keçiriləcək yarışlarda öz nəticələrimi artırmağa çalışacağam.

Milli.Az bildirir ki, bunu Trend-ə bədii gimnastika üzrə Regionlar Kubokunun iştirakçısı, Naxçıvanı təmsil edən Günəş Hüseynova deyib.

G.Hüseynova bildirib: "Ötən il keçirilən bədii gimnastika üzrə Regionlar Kubokunda mən 3-cü yeri tutmuşdum, bu gün isə gümüş medala sahib olub və ümid edirəm ki, gələn il öz nəticəmi artıracağam və birinci olacağam".

Gimnast vurğulayıb ki, Milli Gimnastika Arenasında həmişə yarışların iştirakçılarını dəstəkləyən çox sayda tamaşaçı olur: "Tamaşaçılar bizi dəstəkləyir, alqışlayır və bizdə hər şey alınanda sevinirlər. Tamaşaçılar tərəfindən belə dəstəyi görmək çox xoşdur".

Günəş Hüseynova fərdi çoxnövçülükdə (alətsiz və topla hərəkətlərdə) 2007-ci il təvəllüdlü gimnastlar arasında ikinci yeri tutub.

Qeyd edək ki, 10-13 oktyabr tarixlərində Milli Gimnastika Arenasında 26-cı Azərbaycan və Bakı birinciliyi və 6-cı bölgələrarası kuboku keçirilir.

Oktyabrın 11-12-də aerobika gimnastikası üzrə beşinci Azərbaycan birinciliyi və Bakı çempionatı da keçirilib.

Gimnastikanın hər iki növündə yarışlarda Bakı və Azərbaycanın bölgələrindən 200-dən çox idmançı iştirak edir.

Milli.Az

Mənbə: news.milli.az