Milan Obradoviç: "Planlaşdırdığımız kimi oynadıq"

"Planlaşdırığımız kimi oynadıq. Amma qol epizodlarını reallaşdıra bilmədik. İnkişaf üçün daha çox işləməliyik. Hər iki hissədə qol imkanlarımız oldu".

"Report"un məlumatına görə, bunu Azərbaycanın U-21 millisinin baş məşqçisi Milan Obradoviç Sumqayıtda İsveçrə yığmasına 0:1 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə matçından sonra söyləyib.

Serbiyalı mütəxəssis deyib ki, rəqibə öz oyununu nümayiş etdirməyə imkan verməyiblər: "Nəticədən narazı olsam da, futbolçuların oyuna yanaşmasından razıyam. Ancaq üzərində işləməli olduğumuz məqamlar çoxdur. Rəqibə təşəkkür edirəm".

Obradoviç viza probleminə görə Fransaya buraxılmayan Tural Bayramlının heyətdə yer almamasına da toxunub və onun mükafatını kəsməsi ilə bağlı şaiyələrə də aydınlıq gətirib: "Heç bir insidentdən söhbət gedə bilməz. Məğlubiyyətdən sonra müzakirəyə ehtiyac var. Sussaq problem daha da böyüyər. Mükafatla bağı deyilənlər doğru deyil. Bu gün oyunu müzakirə etsək daha yaxşıdı. Gəlin, oynayan futbolçulardan danışaq. Kimin az, kimin çox oynayacağına mən qərar verirəm. Həm Fransada, həm də bu gün pressinq tətbiq etdik. Bu cür də davam edəcəyik. Bunu neçə nəfərlə etməyə də mən qərar verirəm".

Əcnəbi məşqçi komandasındakı irəliləyişlərdən də söz açıb: "Oyunu öz qapımızdan daha irəli çəkməyi bacarmışıq. Son iki matçda topa sahib olmamız ya rəqiblə eyni, ya da üstün olub. Futbolçularla inandırmağa çalışmışıq ki, oynaya bilərlər. Onlara son 3 matçda məğlubiyyətdən sonra özlərindən narazı qalmağı aşılaya bilmişik. Başa düşürlər ki, daha da yaxşı oynaya bilərlər. Həm müdafiə, həm də hücumda düzəldiləsi çox şey var. Eyni sözləri xəttlərarası əlaqəyə də şamil etmək olar. Anton Krivotsyukun oyunundan razı qaldım. Narazı qaldığım məqam bir neçə dəqiqə onun azarkeşlər tərəfindən fitə basdılar. Səbəb hər nə olsursa, milli komandanın oyunçusuna qarşı belə edilməməlidir. Ömər Buludovla Renat Dadaşovun da U-21 cəlb olunması üçün əsas komandanın məşqçilər korpusu ilə danışıq aparırıq".

Obradoviç sumqayıtlı azarkeşlərə təşəkkür edib: "Dəstəyin bu səviyyədə olacağını gözləmirdik. Futbolçular bu dəstəkdən sonra inamla çıxış etdilər. Buradakı tərəfdarlar bizim 12-ci oyunçumuz idi. Növbəti dəfə burada oynamağı müzakirə edəcəyik".

Baş məşqçi mətbuat konfransında verilən suallara ironiya ilə cavab vermədiyini bildirib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Subaru XV modelini də yeniləyib - FOTO

SONRAKI XƏBƏR

"Sen Anlat Karadeniz"in Hazanının əməliyyatsız şok fotoları