Millimiz Moldova ilə qarşılaşacaq

Millimiz Moldova ilə qarşılaşacaq

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Moldova ilə yoxlama oyunları keçirəcək.

Offsideplus.az xəbər verir ki, Moldova və Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığma komandaları oktyabrın 23 və 25-də üz-üzə gələcəklər. Hər iki oyun Vadul luy Vode şəhərində keçiriləcək.

Oktyabrın 23-dəki qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da, ikinci görüşə isə 12:00-da start veriləcək.

Mənbə: offsideplus.az