10 kq doşab verib, futbolçu transfer etdilər

10 kq doşab verib, futbolçu transfer etdilər

Türkiyədə daha bir maraqlı transfer reallaşıb.

Fanat.Az xəbər verir ki, 10 kq doşab qarşılığında futbolçu transfer reallaşıb.

Həvəskarlar liqasında çıxış edən "Aladağ Gücü" klubu Oktay Karakanı heyətinə qatıb. Klub prezidenti Hüseyn Ayanoğlu futbolçu ilə görüşərək onu komandaya transfer etmək istədiklərini, amma pullarının olmadığını bildirib. Prezident futbolçuya Adanada istehsal olunan "andız doşabı" təklif edib. Oktay Karakan isə təkliflə razılaşaraq, 10 kq doşab qarşılığında bir illik müqaviləyə imza atıb.

Fanat.Az

Mənbə: fanat.az