"Mançester Yunayted" - "Liverpul" oyununda 2 qol - VİDEO

"Mançester Yunayted" - "Liverpul" oyununda 2 qol - VİDEO

İngiltərə Premyer Liqasında IX turun daha bir matçı baş tutub.

Fanat.Az xəbər verir ki, mərkəzi oyunda "Mançester Yunayted" "Liverpul"u qəbul edib.

Hesabı 36-cı dəqiqədə meydan sahiblərindən Markus Raşford açıb. 85-ci dəqiqədə Adam Lallana bərabərliyi təmin edib - 1:1.

Qeyd edək ki, 9 turdan sonra aktivində 25 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi "Mançester Siti"ni 6 xal qabaqlayır. "Mançester Yunayted" isə 10 xalla 13-cü pillədə qərarlaşıb.

Fanat.Az

Mənbə: fanat.az