Ayxan Abbasov: "Oyundan oyuna daha yaxşı oluruq, ancaq qələbə lazım idi"

Ayxan Abbasov: "Oyundan oyuna daha yaxşı oluruq, ancaq qələbə lazım idi"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın VIII turunda "Səbail"i səfərdə 2:0 hesabıyla məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib. Gənc mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

- Bu oyuna həqqiətən ciddi hazırlamışdıq. Fasilə vardı, komanda olaraq qələbəyə inanırdıq. Futbolçularda istəyi görürdük. Oyundan oyuna daha yaxşı oluruq, ancaq qələbə lazım idi. Bunda özünəinam artır. Oyunu gedişatı göstərdi ki, "Səbail" yaxşı komandadı. Rəqib bizə son 15 dəqiqə daha çətinlik yaşatdı. İkinci dövrəyə qələbəylə başlamaq həqqiətən yaxşıdı.

- Rəhim Sadıxov yaxşı futbol məktəbi keçsə də, hələ oyunu tam istənilən səviyyədə deyil. Sizcə, ona nə mane olur?

- Rəhimə vaxt lazımdı. Azərbaycan çempionatı elə də asan deyil. Onda potensialı görmüşük. Gözəl sonluq ötürmələri var. Əlbəttə. çox çalışmalıdı. Gəncdi, inanırıq.

- Artıq 4 müdafiəçiylə oynayırsınız. Bunu davam etdirəcəksiniz, yoxsa rəqibə uyğun taktika seçəcəksiniz?

- Bu dəqiqə heyətimiz ona imkan var ki, müxtəlif sistemlərdə oynayaq. Burda rəqib də rol oynayır. İki oyundur 4 müdafiəçiylə oynayırıq və pis təsir bağışlamırıq. Ancaq oyun sistemini rəqiblərə görə dəyişəcəyik. (sport24.az)

Fanat.Az

Mənbə: fanat.az