“Beşiktaş”ın yeni prezidenti o oldu

“Beşiktaş”ın yeni prezidenti o oldu

Türkiyənin “Beşiktaş” klubunun yeni prezidenti müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, bu gün keçirilən seçkilərdə Əhməd Nur Çebi qalib olub.

O, prezidentlik uğrunda Serdal Adalı və Hürser Tekinoktayı qabaqlayıb. Yeni prezident səslərin 4015-ni qazanarkən, Adalı 2311, Tekinoktay isə cəmi 458 səs toplaya bilib.

Beləliklə, Əhməd Nur Çebi “Beşiktaş” tarixinin 34-cü prezidenti olub. Ona qədər bu postu Fikrət Orman tuturdu. Lakin 2012-ci ildən İstanbul klubuna rəhbərlik edən Orman bir müddət əvvəl istefasını açıqlamışdı.

Mənbə: qafqazinfo.az