Türkiyə klubunun rusiyalı qapıcısının səhvi azarkeşləri güldürdü

Türkiyə klubunun rusiyalı qapıcısının səhvi azarkeşləri güldürdü

“Qazişexir Qaziantep” klubunun qapıçısı Yuri Lodıgin “Trabzonspor”a qarşı oyunda kobud səhvə yol verib.

Epizodun videosunu idman şərhçisi Elvin Kərimov “Twitter” səhifəsində yayımlayıb.

Oyunun 14-cü dəqiqəsində “Trabzonsporun” hücumçusu Aleksandr Serlot pas alaraq Lodıqinlə üzbəüz qalıb. Qapıçı gözlənilmədən tullanaraq topdan yan keçib və Serlot boş qapıya qol vurub.

Oyun “Trabzonspor”un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyundan sonra azarkeşlər qapıçının hərəkətini gülüş atəşinə tutublar.

Mənbə: www.oxu.az