“Qalatasaray”da ciddi itki: “Real” ilə oynamayacaq

“Qalatasaray”da ciddi itki: “Real” ilə oynamayacaq

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Madrid “Real” ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.

Oxu.Az xəbər verir ki, 19 gündür yaşıl meydanlardan uzaqda qalan Türkiyə klubunun kolumbiyalı futbolçusu Radamel Falkaonun dünən fizioterapevtlərin nəzarətindən keçib.

Həkimlər onun məşqlərə qatılmasına icazə verməyiblər. Beləliklə Falkao “Real” ilə oyunu da buraxmalı olacaq.

Qeyd edək ki, “Qalatasaray” qrup mərhələsi çərçivəsində keçirdiyi iki oyundan bir xal toplayıb. Bu nəticə ilə Türkiyə klubu qrupda üçüncü yerdə qərarlaşıb.

Mənbə: www.oxu.az