Tofiq Bəhramov adına Respublika Stadionunda ajiotaj olacaq

UEFA Avropa Liqasının “Qarabağ” – APOEL (Kipr) oyunu üçün indiyədək satılan biletlərin sayı açıqlanıb.

Oxu.Az xəbər verir ki, 31200 tamaşaçı tutumuna malik stadionda artıq 25 min bilet sahibini tapıb.

Matç üçün ən ucuz bilet 2 manatdır. Satışda 5 manat, 10 manat, 15 manat, 50 manat və VIP sektor üçün 70 manata biletlər də var.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Baş nazirin müavini Yaqub Eyyubov ehtimal olunan istefasını şərh edir

SONRAKI XƏBƏR

Məktəbdə dərnəklərin təşkili üçün cədvəl necə hazırlanır? - Müəllim bu cür seçilir