Azərbaycanlı bodibilderlər Avropa Çempionatında iştirak edəcək

Azərbaycanlı bodibilderlər Avropa Çempionatında iştirak edəcək

Bu gün Azərbaycan Natural Bodibildinq və Fitnes Assosiasiyasının yığma komandasının idmançıları,25-26 oktyabr 2019 tarixdə Rumuniyanın paytaxtı Buxarest şəhərində Avropa Natural Bodibildinq və Fitnes Assosiasiyasının və Rumuniya Natural Bodibildinq və Fitnes Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək Avropa Çempionatında iştirak etmək üçün yola düşüblər.

“Report” xəbər verir ki, 9 atetlə qatılacaq idmançılarımız “Mens Phsique”, “Classic Physique”, “Men's Bodybuilding” və “Fitness Bikini” kateqoriyalarında mübarizəyə qoşulacaqlar.

Mənbə: report.az