Şenol Günəş karyerasını bitirəcəyi vaxtı açıqlayıb

Şenol Günəş karyerasını bitirəcəyi vaxtı açıqlayıb

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş karyerasını başa vuracağı tarixi açıqlayıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra məşqçi karyerasını bitirəcəyini bildirib. O, yığmanın son olaraq 2002-ci ildəki mundiala qatıldığını xatırladıb: "Həmin vaxt 48 il sonra dünya çempionatına iştirak etdik. Ümid edirəm ki, 2022-ci ildə də qatıla bilərik. Bu, mənim üçün final olacaq. Mətbuatdakı dostlara da manşet olsun".

Qeyd edək ki, Şenol Güneş 2000 - 2004-cü illərdə də Türkiyə millisinin baş məşqçisi olub. Yığma onun rəhbərliyi altında 2002-ci il dünya çempionatının bürünc mükafatını qazanıb.

Mənbə: report.az