“Sabah”la danışıq aparmaq mütəxəssis Belarus komandasının baş məşqçisi təyin olunub

Sentyabrda “Sabah” futbol klubu ilə danışıq aparmaq üçün Bakıya gələn Yuri Vernidub Belarusun “Şaxtyor” komandasının baş məşqçisi təyin olunub.

“Report” Soliqorsk təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssislə müqavilə bağlanılıb. Lakin sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, sentyabrın 16-da Elşad Əhmədovun istefasından sonra “Sabah”ın boş qalan baş məşqçi postuna yaxın vaxtlarda təyinat olacağı gözlənilirdi. İqor Ponomaryova müvəqqəti həvalə olunan vəzifəyə Yuri Vernidubla yanaşı, türkiyəli Ümit Özat və gürcüstanlı Georgi Tsetsadze də namizəd göstərilirdi. Lakin bu məsələ hələ də açıq qalır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İmişlidə bayraq günü qeyd olunub

SONRAKI XƏBƏR

Erkin Qədirli ReAl-dan istefa verən Azər Qasımlını ititham edib