Çempionlar Liqasında həftənin ən yaxşı qolu açıqlanıb - VİDEO

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib.

"Report"un məlumatına görə, İtaliyanın "Yuventus" klubunun futbolçusu Duqlas Kostanın Rusiyada "Lokomotiv"ə (Moskva) vurduğu qol qrup mərhələsində IV turun ən yaxşısı seçilib.

29 yaşlı braziliyalı yarımmüdafiəçi fərdi keyfiyyətləri sayəsində rəqibin bir neçə oyunçusunu keçib və komandasına qələbə qazandırıb.

Qeyd edək ki, "Yuventus" "Lokomotiv"ə 2:1 hesabı ilə qalib gəlib və sona iki tur qalmış 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

 

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyanın tanınmış insan haqları müdafiəçilsi vəfat edib

SONRAKI XƏBƏR

Rusiyalı politoloq: "Separatçıların Moskvaya səfəri Rusiya ilə Azərbaycanın arasını vurmaq məqsədi daşıyır"