Təşkilatçılar səhvlərini aradan qaldırdı: Şahmatçılarımızın medalları qaytarıldı

Təşkilatçılar səhvlərini aradan qaldırdı: Şahmatçılarımızın medalları qaytarıldı

Gürcüstanın Batumi şəhərində keçirilmiş şahmat milli komandaları arasında Avropa çempionatındakı səhv aradan qaldırılıb.

Oxu.Az-ın xəbərinə görə, şəxsi lövhələrdə yer tutmuş üç şahmatçımızın medalları təşkilatçıların səhvi ucbatından verilməmişdi. Mükafatlandırma mərasimində təşkilatçılara tutulan iradlar gec də olsa, bəhrəsini verib.

Belə ki, gürcülər Monteneqronun Ultsin şəhərində yarışan şahmatçılarımıza medallarını göndərib. Beləliklə, Gülnar Məmmədovaya dördüncü lövhədəki çıxışına görə gümüş medal verilib. Günay Məmmədzadə birinci lövhəyə, Qədir Hüseynov üçüncü lövhəyə görə bürünc medal qazanıb.

Səbuhi Musayev

Mənbə: www.oxu.az