AFFA “Sumqayıt”ı protexniki vasitələrdən istifadəyə görə cərimələyib

AFFA  “Sumqayıt”ı protexniki vasitələrdən istifadəyə görə cərimələyib

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XI turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

"Report" həmin qərarları təqdim edir:

Premyer Liqanın XI turunun “Keşlə” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Premyer Liqanın XI turunun “Qəbələ” – “Səbail” matçının 80-ci dəqiqəsində “Səbail” klubunun 79 №-li futbolçusu Əli Sadıxov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

Premyer Liqanın XI turunun “Sabah” – “Sumqayıt” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Oyunun 59-cu dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən protexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur;

Premyer Liqanın XI turunun “Qarabağ” – “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Tibbi xidmət oyun öncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 400 manat cərimə olunur;

Mənbə: report.az