Sterlinqlə bağlı yeni qərar qəbul edildi

Sterlinqlə bağlı yeni qərar qəbul edildi

İngiltərə yığmasının hücumçusu Rahim Sterlinq milliyə qaytarılıb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt onu yenidən məşqlərə cəlb edib.

Belə ki, "Mançester Siti"nin forvardı "Liverpul"la qarşılaşmada rəqib müdafiəçisi Co Qomeslə mübahisə etmişdi. Sterlinq bunu yığmanın düşərgəsində də davam etdirdiyindən, heyətdən uzaqlaşdırılmışdı. Futbolçu yenidən kollektivə qoşulsa da, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Monteneqro ilə keçiriləcək oyunu buraxmalı olacaq.

Mənbə: offsideplus.az