Türkiyə millisində Cenk Tosun şoku

Türkiyə millisində Cenk Tosun şoku

Futbol üzrə Türkiyə millisi ciddi itki ilə üzləşib.

"Qafqazinfo" xəbər verir ki, "ay-ulduzlular"ın hücumçusu Cenk Tosun zədələnib. Zədəsi ciddi olan forvard bu səbəbdən heyətdən çıxarılıb.

Qeyd edək ki, Şenol Günəşin komandası AÇ-2020-nin seçmə mərhələsinin növbəti oyunlarını Andorra və İslandiya millilərinə qarşı keçirəcək.

Mənbə: qafqazinfo.az