Astaralı güləşçilər Rusiyada keçirilən turnirdə iki qızıl medal qazanıblar

Astaralı güləşçilər Rusiyada keçirilən turnirdə iki qızıl medal qazanıblar

Astara, 14 noyabr, Bağır Əliyev, AZƏRTAC

Rusiya Federasiyasının Vladivastok şəhərində Q.A.Asalievin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə IV Ümumrusiya turnirində astaralı idmançılar uğurla çıxış ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən turnirdə astaralı idmançılar Ramiq Heybətov (57 kq) və Musa Ağayev (52 kq) birinci yeri tutaraq, fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Musa Ağayev, həmçinin “Ən yaxşı texnikaya görə” xüsusi kuboku ilə mükafatlandırılıb.

İdmançıları yarışa Əməkdar məşqçi Məhərrəm Ağayev və məşqçi Samir İmaməliyev hazırlayıblar.

Mənbə: azertag.az