Formula 1: “Honda” 2020-ci ildə titul qazanmağı arzulayır

Formula 1: “Honda” 2020-ci ildə titul qazanmağı arzulayır

Bakı, 14 noyabr, AZƏRTAC

“Honda”nın 2021-ci il Formula 1 çempionatında qalacağı hələ məlum deyil, lakin yapon motorçular artıq gələn il titul qazanmağı qarşıya məqsəd qoyublar.

AZƏRTAC xəbər verir ki, “Honda”nın prezidenti Takahiro Haçiqo bununla bağlı deyib: “2015-ci ildə Formula 1-ə qayıtdıqdan sonra biz dörd mürəkkəb mövsüm keçirmişik. Bizim üçün çox çətin olub, amma bu il Avstriyada keçirilən yürüşü qazanaraq ilk qələbəmizi əldə etmişik. Daniil Kvyat isə Almaniyada podiuma qalxıb. Mən bundan çox məmnunam.

Suzukda Naoki Yamamoto sərbəst yürüşlərdə iştirak edib. Bu, hər bir yapon üçün müsbət məqam olub. İndi mən növbəti mövsümdə “Red Bull Racing” ilə çempion titulunu qazanmaq istəyirəm”.

Mənbə: azertag.az