Jirunun keçəcəyi yeni klub bəlli oldu

Jirunun keçəcəyi yeni klub bəlli oldu

İtaliya “İnter”inin “Çelsi”nin futbolçusu Olivye Jiru ilə apardığı danışıqlar yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı futbolçu “İnter”ə keçməyə razılıq verib. Futbolçu ilə müqavilə məsələsində ortaq məxrəcə gələn “neradzurra” “Çelsi” ilə danışıqlara başlayacaq. “Zadəganlar”ın Jiru üçün 7 milyon avro tələb etdiyi bildirilir.

2018-ci ildən “Çelsi”nin formasını geyinən fransalı futbolçu, bu mövsüm London klubu ilə 6 oyuna çıxıb.

Mənbə: offsideplus.az