"Qarabağ"ın futbolçusu Paraqvaya qarşı oynamadı

"Qarabağ"ın futbolçusu Simeon Slavçevin şərəfini qoruduğu Bolqarıstan millisi yoxlama oyunu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda doğma meydanda Paraqvay yığması ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Zədədən yeni qayıdan Slavçev bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, Bolqarıstan yığması noyabrın 17-də Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Çexiyanı qəbul edəcək.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Serbiya polisi ölkədə 5 mln. avroluq narkotik vasitə ələ keçirib

SONRAKI XƏBƏR

Yeni icra başçısı təyin olunan Qarabağ qazisindən evsiz vətəndaşa böyük hədiyyə - VİDEO